"Kəpəz" məşqlərə başlayıb
Kəpəz futbol klubu qış fasiləsindən sonra məşqlərə start verib. Gəncə təmsilçisi Premyer Liqanın ikinci yarısına hazırlıqlarını öz bazasında keçirəcək. Hazırlıq prosesi çərçivəsində Kəpəz iki yoxlama oyununda qüvvəsini sınayacaq. İlk oyun yanvarın 10-da "Qəbələ" ilə səfər matçıdır. “Araz–Naxçıvan” ilə nəzərdə tutulan görüş isə klublar arasında matçın məkanı ilə bağlı razılıq əldə olunmadığından ləğv edilib. Əvəzində Gəncə klubu 1-ci divizionda çıxış edən “İmişli” ilə anlaşıb. Qarşılaşma yanvarın 15-də Gəncədə reallaşacaq.
Lalə Nəsib