"Kəpəz"in yeni sponsorla anlaşmasına klubdan açıqlama
"Son iki gün ərzində klubumuzun sponsor tərəfindən himayəyə götürülməsi barədə mətbuatda yazılar verilir. Media nümayəndələrinin və azarkeşlərimizin diqqətinə çatdırırıq ki, bununla bağlı olaraq klubumuza heç bir rəsmi müraciət, əməkdaşlıq təklif olunmayıb". Bu barədə "Kəpəz" klubunun yaydığı açıqlamada bildirilib. Klub bu mövzuda ictimaiyyəti tələsməməyə çağırır və razılıq əldə olunacağı təqdirdə əlavə məlumat veriləcək.
Lalə Nəsib