Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb
Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək. Günün ilk qarşılaşması “Xarı Bülbül Şuşa” və MOİK komandaları arasında olacaq. Ardınca “Xarı Bülbül Laçın” və “Azərreyl” kollektivləri üz-üzə gələcəklər. Günün son görüşündə isə “Murov Az Terminal” və “Neftçi” komandaları qarşılaşacaq. Yüksək Liqanın hər üç görüşü dekabrın 15-də baş tutacaq.
Lalə Nəsib