Kudo üzrə yığma komanda Avropa çempionatında 3 qızıl və 1 gümüş medal qazanıb
Azərbaycan Koşiki Karate-do Federasiyasının Kudo üzrə yığma komandası Litvanın Kaunas şəhərində keçirilmiş Avropa çempionatında 3 qızıl və 1 gümüş medal qazanıb. 13 dövlətin, o cümlədən Fransa, İtaliya, Ermənistan, Ukrayna, Malta, İngiltərə, Estoniya və İspaniyanın iştirak etdiyi turnirə Azərbaycan 5 idmançı ilə qatılıb.