Lənkəran və Şirvan sakinləri narkotikə görə saxlanılıb
Lənkəranın Balıqçılar qəsəbəsində "BMW" markalı avtomobilin sürət həddini aşması, sürücü Mirsaleh Əbülfətzadə və sərnişin Zamiq Rzayevin şübhəli hərəkətlər etməsi səbəbindən həmin nəqliyyat vasitəsi saxlanılb. Onlardan 5 kiloqrama yaxın marixuana götürülüb. Həmin şəxslər narkotik vasitəni İran vətəndaşı vasitəsilə satışının təşkil olunmasından ötrü əldə edikləri məlum olub. Daha bir Lənkəran sakini Sehran Nəzərovdan da 1 kiloqram 500 qram marixuana aşkarlanıb.
Şirvanda isə şəhər sakini Namin Rzayevdən sellofan və kağız bükümlərdə qablaşdırılmış müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana və bir ədəd elektron tərəzi götürülüb. Şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Lalə Nəsib