Lənkəranda 3 yaşlı uşaq qızılcadan ölüb
Lənkəranda qızılca xəstəliyindən ilk ölüm halı qeydə alınıb. Rayonun Şirinsu qəsəbə sakini 3 yaşlı Uğur Abızadə bir həftə əvvəl yüksək hərarətlə ev şəraitində müalicə alıb. Təcili tibbi yardım xidməti uşağın xəstəxanada müalicə olunmasının zəruriliyi valideynlərin diqqətinə çatdırılıb. Lakin ailə üzvləri buna razılaşmayıb. Bir müddət sonra yenidən halı pisləşən azyaşlıya göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ailənin digər 4 yaşlı övladı Yunus Abızadə də hərarət müşahidə olunduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.
Lalə Nəsib