Canlı
Lənkəranda 8 yaşlı oğlanı cərəyan vuraraq öldürüb

Lənkəran rayonunun Göyşaban kəndində bədbəxt hadisə baş verib. 8 yaşlı kənd sakini Zaur Nuriyevi evdə tapa bilməyən valideynləri onun axtarışına çıxıblar. Azyaşlının cəsədi sakinlər tərəfindən kəndin mərkəzində quraşdırılan transformatorun içindən aşkar olunub. Mühafizə olunmayan transformatorun yaxınlığında oynayan azyaşlının gizlənmək məqsədi ilə onun içinə girdiyi ehtimal olunur. Uşağın meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Vüsalə Camal