Lənkəranda ağır yol qəzası olub, ölən və yaralananlar var
Lənkəranın Liman şəhərində "VAZ-2106" və "VAZ-21011" markalı maşınlar toqquşub. Qəza nəticəsində 1978-ci il təvəllüdlü Davud Nəsirov hadisə yerində ölüb. Mirşahin Nağızadə, Pərvaz Mahmudov və Pərviz Fətullazadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar. Fakt araşdırılır.
Lalə Nəsib