Canlı
Lənkəranda avtomobil kanala aşıb, məktəblilər xəsarət alıb

Lənkəranda yol qəzası olub. Rayonun Aşağı Nüvədi kəndi ərazisində “Lada Priora” markalı avtomaşının kanala aşması nəticəsində Lənkəran şəhər sakinləri – 16 yaşlı Rəsul Quliyev, Elsəvər Baxışzadə, Rauf Məmmədli və Rəşad İbadzadə xəsarət alıb. Onlar Lənkəran şəhər 6 saylı məktəb-liseyin şagirdləridir. Həkimlər onların vəziyyətinin yaxşı olduğunu və ambulator müalicəyə göndəriləcəklərini deyiblər. Fakt araşdırılır.

Vəfa Şairova