Lənkəranda kişi arvadına və özünə balta ilə xəsarət yetirib
Lənkəranın Mamusta kəndində 1955-ci il təvəllüdlü Şahəddin Məlikovun əvvəlcə həyat yoldaşı, 1952-ci il təvəllüdlü Xanımqız Məlikovaya, daha sonra özünə balta ilə xəsarət yetirdiyi bildirilir. Hər iki şəxs xəstəxanaya çatdırılıb. Tibbi yardımdan sonra Məlikov saxlanılıb. Fakt araşdırılır.
Lalə Nəsib