Canlı
Lənkəranda marketə silahlı basqın olub

Lənkəran şəhərində marketə basqın olub. Qəzənfər Məhərrəmova məxsus gündəlik təlabat malları satılan marketə daxil olan şəxs satıcıdan siqaret istəyib. Məhəllə sakini olan, əvvəllər məhkumluq həyatı yaşayan Nicat adlı şəxs isə kassaya yaxınlaşaraq özü ilə gətirdiyi bıçaqla kassada oturan işçini təhdid edib və ona təzyiq göstərib. Sonra kassada olan 550 manat məbləğində pulu götürərək, oradan uzaqlaşıb. Lənkəran polisi marketə basqın edən şəxsi saxlayıb. Faktla bağlı araşdırma aparılır.

Ruhəngiz Hacızadə