Canlı
Lənkəranda qəza nəticəsində 2 qardaş ağır xəsarət alıb

Lənkəranda avtoqəza nəticəsində yol kənarında dayanan iki qardaş ağır xəsarət alıb. Hadisə Ələt-Astara yolunun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Beləki,”Mercedes”,”VAZ 21-06” və VAZ 21011” toqquşub. Nəticədə yolun kənarında dayanan taksi fəaliyyəti ilə məşğul olan iki qardaş, 29 yaşlı Vusal və 27 yaşlı Marif Tahirovlar ağır xəsarət alaraq Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətinin ağır olduğu deyilir.

Vüsalə Camal