Laçın rayonunda növbədənkənar Prezident seçkiləri üzrə səsvermə başlayıb
Laçın rayonunda da növbədənkənar Prezident seçkiləri üzrə səsvermə başlayıb. 121 saylı Laçın seçki dairəsinin Laçında 5 məntəqəsi yaradılıb. Məntəqələrin 3-ü Laçın şəhərində, digərləri isə Zabux və Qorçu kəndlərində yerləşir. Laçında ümumilikdə 6020 seçici qeydiyyata alınıb. Qeydiyyatdan keçən müşahidəçilərin sayı isə 65 nəfərdir.
Lalə Nəsib