Mərkəzi Seçki Komissiyası imza vərəqələrinin yoxlanılmasına başlayıb
Mərkəzi Seçki Komissiyası Prezident seçkiləri ilə əlaqədar imza vərəqələrinin yoxlanılmasına başlayıb. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri qəbul edildikdən sonra 7 gün müddətində MSK imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamalı və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul etməlidir. İndiyədək yalnız Yeni Azərbaycan Partiyasının Prezidentliyə namizəd İlham Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələri MSK-ya təqdim edib.
Lalə Nəsib