Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" klubu UEFA Konfrans Liqasında növbəti matçını keçirib. Zaqreb təmsilçisi Yunanıstanın PAOK komandasını qəbul edib. Görüşün baş hakimi azərbaycanlı FIFA referisi Əliyar Ağayev olub. Qarşılaşma “Dinamo”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Türkiyənin "Fənərbağça" klubu bu turnirdə Belçikada “Yunion”un qonağı olub. Matç “Fənərbağça”nın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab qarşılaşmaları martın 14-də gerçəkləşəcək. 1/8 final mərhələsində baş tutan digər oyunların nəticələri “Ayaks” - “Aston Villa” - 0:0, “Molde” - “Brügge” - 2:1, “Şturm” - “Lill” - 0:3, “Olimpiakos” – “Makkabi Təl-Əviv" - 1:4, “Makkabi” Hayfa - “Fiorentina” - 3:4, “Servett” - “Viktoriya” - 0:0.
Lalə Nəsib