"Mançester Siti” klubunun Maliyyə Feyr-Pley qaydalarını pozub?
UEFA prezidenti Aleksander Çeferin İngiltərənin “Mançester Siti” klubunun Maliyyə Feyr-Pley qaydalarını pozduğuna əmindir. Sloveniyalı futbol funksioneri 2020-ci ildə “şəhərlilər”i cəzalandırmaqla düzgün qərar verdiklərini düşünür. İdman Arbitraj Məhkəməsi qərarı ləğv etsə də, Çeferin haqlı olduqlarını bildirib.
Lalə Nəsib