Canlı
Maqnit qasırğası artıq başladı

Dünən proqnozlaşdırılan geomaqnit qasırğası artıq başlayıb və G1 səviyyəsindədir. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Artıq ötən gündən Yerdə güclü maqnit qasırğası başlayacağı barədə xəbər verilib. Maqnit qasırğasının elektron qurğuların, xüsusilə rabitə vasitələrinin işinə təsir edəcəyi gözlənilir.

Vəfa Şairova