Marketdə ödəmə terminalından 7700 manat oğurlanıb
Bakının, Xəzər rayonu Binə qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan ödəmə terminalından 7753 manat oğurlanıb. Əməli törətməkdə şübhəli bilinən, keçmiş məhkum İlham Rəhmanov saxlanılıb. Onun həmçinin Suraxanı rayonunda 2 mağazadakı ödəmə terminallarından oğurluq etdiyi məlum olub.
Lalə Nəsib