Martın 17-də buraxılış imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi tərəfindən martın 17-də ümumi 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. Proses Gəncə də daxil olmaqla bir sıra şəhər və rayonlarda təşkil olunacaq. Şagirdlər imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Gəncə və Lənkərandə yerləşən məktəblərin şagirdlərinin imtahanı 2 imtahan gününə bölünüb. Digər məktəblərin şagirdləri aprelin 7-də imtahan verəcəklər.
Lalə Nəsib