Masallı və Beyləqanda narkotikə görə 3 nəfər saxlanılıb
Masallıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini olan 2 nəfər saxlanılıb. Onlardan 450 qram marixuana götürülüb. Beyləqanda da rayon sakini Namət Əhmədlidən 2 kiloqramdan artıq marixuana və 17 qrama yaxın metamfetamin aşkarlanıb. Araşdırmalar davam etdirilir.
Lalə Nəsib