Mehriban Əliyeva Novruz bayramı ilə bağlı paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında Novruz bayramı ilə bağlı paylaşım edib. Təbiətin oyanması və yenilənməsinin rəmzi olan bayramın hər ocağa sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirməsini arzulayıb. Uca Tanrıdan mərhəmətini xalqımızdan əsirgəməməsini diləyib.
Lalə Nəsib