Messidən “Barselona” azarkeşlərini sevindirəcək addım
“Barselona”nın sabiq futbolçusu Lionel Messi 8-ci “Qızıl top”unu klub muzeyinə bağışlayıb. Messi son mükafatını "Barselona"nın oyunçusu kimi qazanmayıb. Ancaq o, mükafatı əvvəlki 7 kubokun saxlandığı muzeyə vermək qərarına gəlib. 2003-2021-ci illərdə "Barselona"da çıxış edən Lionel hazırda “İnter Mayami”nin formasını geyinir.
Lalə Nəsib