Mil-Muğan Regional Təhsil İdarəsi 12 yaşında nişanlandırılan məktəbli ilə bağlı məsələyə münasibət bildirib
Mil-Muğan Regional Təhsil İdarəsi 12 yaşında nişanlandırılan məktəbli ilə bağlı məsələyə münasibət bildirib. Sabirabad rayon Qaralar kənd tam orta məktəbinin VII sinif şagirdi olan qızın dərsə davamiyyəti ilə bağlı hər hansı bir problemin olmadığı açıqlanıb. Şagirdin hər gün dərslərdə iştirak etdiyi deyilir. Məktəbin rəhbərliyi sözügedən məsələ ilə bağlı hüquq mühafizə orqanlarına adiyyəti üzrə məlumat verib.
Lalə Nəsib