Milli Qəhrəmanın doğum gününə həsr olunmuş mərasimlər keçirilib
Torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının ildönümünə həsr olunmuş anım mərasimləri keçirilib. Hərbi qulluqçular igidimizin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, xatirəsinə ehtiram nümayiş etdiriblər. Şəhidin doğulub boya-başa çatdığı Biləsuvar rayonundakı evi də ziyarət olunub. Milli Qəhrəmanın ailə üzvləri onun haqqında xatirələrini bölüşüblər.
Lalə Nəsib