Canlı
Mingəçevirdə təcili yardım maşını qəzaya düşdü - 10 nəfər yaralandı

Mingəçevirdə zəncirvari qəza 10 nəfərin xəsarət almasına səbəb olub. Şəhərin Heydər Əliyev prospektində təcili tibbi yardım avtomobili Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çağırış əsasında ağır xəstə apararkən “Kia” və "VAZ-2110" markalı minik avtomobilləri ilə toqquşub. Nəticədə təcili tibbi yardım avtomobilinin sürücüsü, həkim, 2 tibb bacısı, "Kia" və VAZ-ın sürücüləri müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha 4 nəfər isə yüngül bədən xəsarətləri aldıqları üçün ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Fərid Mehdiyev