Miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilməsi qaydası dəyişdirilib
Miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilməsi qaydası dəyişdirilib. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Dəyişikliyə əsasən, sınaq müddətini müvəffəqiyyətlə keçə bilmədikdə, uzunmüddətli xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam veriləcək. Digər fərmanla Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına daxil edilib.
Lalə Nəsib