Canlı
Mixail Zabelin: “ÜAK-ın ləğvi Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşmasını istəməyən qüvvələrin işidir”

Azərbaycanda yaşayan rus ictimaiyyəti də Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvinə biganə qalmayıb. Milli Məclisin üzvü, Azərbaycandakı rus icmasının rəhbəri Mixail Zabelin sözügedən qərarın Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşmasını istəməyən qüvvələrin işi olduğunu deyib. Qərarı qəti şəkildə pisləyən Zabelin yaxın vaxtlarda məsələ ilə əlaqədar ölkəmizdə yaşayan və fəaliyyət göstərən müxtəlif rus ictimai birliklərinin adından Rusiya prezidentinə məktub ünvanlayacaqlarını bildirib.

Fərid Mehdiyev