Murovdağ tuneli üzrə işlərin 65 %-i yerinə yetirilib
Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu və dünyanın ən uzun avtomobil tunellərindən biri olacaq Murovdağ tunelinin inşası 2025-2026-cı ildə başa çatdırılacaq. Tunel üzrə işlərin 65 %-i yerinə yetirilib. 80,7 km uzunluğu olan yol 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Lalə Nəsib