Növbədənkənar prezident seçkisi ilə əlaqədar Koreya və Çindəki səfirliyimizdə səsvermə başlayıb

Növbədənkənar prezident seçkisi ilə əlaqədar Koreyadakı səfirliyimizdə yaradılan seçki məntəqəsində səsverməyə Bakı vaxtı ilə saat 3-də start verilib. Səsvermə prosesi Azərbaycan Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları pasport və ya şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edirlər. Azərbaycanın Koreyadakı səfirliyində yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən Seulda olan səsvermə hüququna malik seçicilər də səs verə bilərlər. Azərbaycanın Çindəki səfirliyində də prezident seçkilərində səsvermə başlayıb. Səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 44 saylı seçki məntəqəsi yaradılıb. Vətəndaşlarımız səhər saatlarından başlayaraq seçki məntəqəsinə gəlirlər. Hazırda seçicilərin xüsusi fəallığı müşahidə olunur.

Lalə Nəsib

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik