Canlı
Naftalan və Goranboy ərazisində arxeoloji tədqiqatlar başa çatıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Naftalan-Goranboy arxeoloji ekspedisiyası Naftalan və Goranboy ərazisində arxeoloji tədqiqatları başa çatdırıb. Tədqiqatlar nəticəsində Naftalan şəhəri ərazisində dörd kurqan, Goranboy rayonu ərazisində isə 30-dan artıq kurqan və orta əsrlərə aid iki yaşayış yeri qeydə alınıb. Ekspedisiya, həmçinin Goranboyun Tatarlı kəndi ərazisindəki Muncuqlu təpədə ilk dəmir dövrünə aid nekropolda arxeoloji tədqiqatları davam etdirib.

Fərid Mehdiyev