Canlı
Naftalanda aşkarlanan yararsız ətlər zərərsizləşdirilib

Naftalanda aşkarlanan ətlərin müayinəsi başa çatıb və zərərsizləşdirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən verilən məlumata görə, iyunun 21-də Daxili İşlər Nazirliyinin Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Qasımbəyli kənd sakini Mürşüd Əmirxanovun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobilinə baxış keçirilib. Maşının yük yerində antisanitar şəraitdə yığılmış, mənşəyinə və sağlamlığına dair heç bir sənədi olmayan, ümumi çəkisi 65 kq olan heyvan cəmdəyi aşkar edilib. Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinələrin nəticəsinə əsasən, götürülən nümunələrdə bakterioloji çirklənmə aşkar edilib.

Vüsalə Camal