Canlı
Narkotik bitkilər becərən ata, oğul və qızı tutulub

Balakəndə bir ailənin 3 üzvünü polis iş başında ələ keçirib. Rayonun Gərəkli kənd sakinləri - 29 yaşlı Elvin Umayev, atası 55 yaşlı Əli Umayev və onun qızı 32 yaşlı Pirdas Umayeva Qaxın Qorağan kəndində yerləşən meşə sahəsində 49 ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qulluq edərkən saxlanılıblar. Elvin Umayev əvvəllər də məhkumluq həyatı yaşayıb.

Fərid Mehdiyev