Narkotik satışına görə saxlanılan 12 nəfərdə 46 kq narkotik aşkar edilib
Ölkə ərazisində narkotiklərin satışı ilə məşğul olan 12 nəfər saxlanılıb. Onlardan ümumilikdə 46 kiloqram narkotik vasitələr götürülüb. Saxlanılan şəxslərdən Əlövsət Həsənov, Əhməd Babayev və Elşad Hacıyev ölkəyə qanunsuz yollarla göndərilən narkotiklərin Azərbaycandakı əsas tədarükçülərindən olublar. Faktlarla bağlı cinayət işləri başlanılıb.
Lalə Nəsib