Naxçıvanda tələbələri aldadaraq 621 min manatlıq kibercinayət törətmiş şəxslər saxlanılıb
Naxçıvada kibercinayətlə məşğul olan Mircoşqun Seyidov və Hikmət Edilxanov saxlanılıb. Onlar 10-a yaxın universitet tələbəsini aldadaraq adlarına mobil nömrə və 5 bank kartı rəsmiləşdiriblər. Həmin kartlar vasitəsilə internet şəbəkələrində 621 min manatlıq kibercinayətlər törədilib. Eyni zamanda, İlqar Səfərov da sosial şəbəkədə hesab açaraq xəstə uşağına pul yığmaq adı ilə insanları aldadaraq 22 min manatı mənimsəyib.
Lalə Nəsib