Naxçıvanda təlim: düşmənin təxribat-diversiya fəaliyyətinin qarşısı alınıb, mövqeləri ələ keçirilib
Əlahiddə Ümumqoşun Ordunun aidiyyəti üzrə ümumqoşun birləşmələri ilə 2024-cü tədris ilinin ilk ikitərəfli komanda-qərargah təlimi keçirilib. Təlimdə əsas diqqət düşmənin təxribat-diversiya fəaliyyətinin qarşısını alıb, qəfil fəaliyyətlərinə imkan vermədən preventiv zərbələrlə hücum əzmini qırmağa yönəldilib. Yekunda aidiyyəti üzrə təlimə cəlb olunmuş bölmələr tərəfindən icra edilmiş fəaliyyətlərin təhlili aparılıb, qazanılan təcrübələrin növbəti təlimlərdə tətbiqi barədə müvafiq tapşırıqlar verilib.
Lalə Nəsib