Neftçalada şəhid ailəsinin evində soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb
Noyabrın 26-da Neftçalanın Bankə qəsəbəsində şəhid ailəsinə məxsus evdən soyğunçuluq etməkdə şübhəli bilinən rayonun Mirzəqurbanlı kənd sakini Aqil Sadıqov saxlanılıb. O, evsahibi olan yaşlı qadına hədə-qorxu gələrək 800 manat pulunu ələ keçirib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Lalə Nəsib