Niderlanddakı Azərbaycan icması ermənilərin təxribat xarakterli yürüşlərinin ləğvini tələb edib
Niderlanddakı Azərbaycan icması ermənilərin “Azad Artsax” adlı təxribat xarakterli yürüşlərinin ləğvini tələb edib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 27-28 yanvarda Almelo və Amsterdam bələdiyyələrinin mövcud olmayan “dövlət”in müdafiəsi ilə bağlı yürüşlərin keçirilməsinə icazə verməsi təkcə Niderlandın erməni icmasının təxribatı deyil, həm də qeyri-qanuni hərəkətdir. Bu hərəkət Niderlandın Ermənistan və Azərbaycan arasındakı gərgin münasibətlərə müdaxiləsi kimi qiymətləndirilib.
Lalə Nəsib