Canlı
Nikaha daxil olmaq istəyən 11 nəfərdə QİÇS aşkarlanıb

Bu ilin ilk 3 ayında nikaha daxil olmaq istəyən 11 nəfərdə qiçsə yoluxma faktı təsdiqlənib. Nigahla bağlı tibbi müayinlə çərçivəsində ümumilikdə 30 min 464 şəxsdə “insanın immun çatışmazlığı virusu” ilə bağlı yoxlama aparılıb. Bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzindən məlumat verilib. Azərbaycanda ilk dəfə xəstəlik infeksiyasının aşkar edildiyi 1987-ci ildən bəri 5 min 269 nəfər QIÇS-lə yaşayan insan rəsmi qeydiyyatda alınıb.

Fərid Mehdiyev