Oğurluğa görə saxlanılan şəxsdən narkotik aşkarlandı
Suraxanın Yeni Günəşli qəsəbəsində yerləşən bazarda bir nəfərin 200 manat dəyərində məhsulunu oğurlamaqda şübhəli bilinən Bakı sakini Dünyaəli Pirverdiyev saxlanılıb. Ondan heroin, həmçinin lüləsi və qundağı kəsilmiş ov tüfəngi də aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Lalə Nəsib