Oğurluq edən Gəncə sakini hava limanında saxlanıldı
Vətəndaşın bank kartından 15 min manat oğurlayaraq ölkədən qaçmağa çalışan Gəncə sakini Vasif Məmmədov hava limanında saxlanılıb. Araşdırma zamanı onun sosial şəbəkələrdə səhifələr yaradaraq insanların kart məlumatlarını qanunsuz yollarla əldə etdiyi müəyyən olunub.
Lalə Nəsib