Ombudsman Xocalı soyqırımının törədildiyi əraziyə gedib, dünya ictimaiyyətinə müraciət edib
Ombudsman Səbinə Əliyeva Xocalı soyqrımından sağ çıxmağı bacaran bir qrup sakinlə birlikdə qətliamın törədildiyi əraziyə gedib. O, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə erməni quldurlarının azərbaycanlıların başına gətirdikləri müsibətlərlə bağlı şahidlərin fikirlərini dinləyib. Eyni zamanda soyqırımla bağlı yeni faktlar lentə alınıb. Ombudsman dünya ictimaiyyətinə, beynəlxalq qurumlara səslənib, Xocalı soyqırımında əli olan şəxslərin məsuliyyətə cəlb edilməsində Azərbaycana dəstək olmağın vacibliyini vurğulayıb.
Lalə Nəsib