Paracüdoçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
Almaniyanın Heydelberq şəhərində paracüdo üzrə Qran-Pri turniri keçiriləcək. "Paris-2024" Yay Paralimpiya Oyunları üçün ikiqat reytinq xalı qazandıracaq yarışda Azərbaycanı 4 idmançı təmsil edəcək. Beynəlxalq turnir fevralın 17-18-də keçiriləcək.
Lalə Nəsib