Payız semestrində 8 735 tələbə təhsil krediti alıb
Cari ilin payız sessiyası ərzində 10 min 867 tələbə kredit almaq üçün müraciət edib. Təhsil Tələbə Krediti Fondundan bildirilib ki, onlardan 8 min 735 nəfərə tələbə kredit verilib. 134 nəfərin müraciəti natamam olub, 66 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 1906 nəfərin müraciətinə imtina cavabı verilib.
Lalə Nəsib