Perinatal Mərkəzdə yanğınla bağlı direktor və iki şöbə müdiri cinayət məsuliyyətinə cəlb edilib

“Respublika Perinatal Mərkəzi”də baş vermiş yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, bunlar Mərkəzin direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlidir. Məhkəmənin qərarı əsasında hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilmişdir. Yanvarın 9-u Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir. Hadisə nəticəsində 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənmişdir.

Lalə Nəsib

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik