Perinatal Mərkəzdən təxliyə olunan 8 yenidoğulan evə buraxılıb
Respublika Perinatal Mərkəzindən təxliyə olunmuş yenidoğulmuşlardan 8-i tam sağlam şəkildə evə yazılıb. TƏBİB-dən məlumat verilib ki, müalicəsi davam etdirilən 50 uşaqdan 38-nin vəziyyəti stabil, 6-nın vəziyyəti orta ağır, digər 6-nın vəziyyəti isə qənaətbəxşdir. Əkiz olan 2 uşaq valideynlərinin istəyilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb.
Lalə Nəsib