Peşə təhsili müəssisələrə tələbə qəbulu bu gün saat 17-də başa çatır
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi bu gün saat 17-də başa çatır. Elm və Təhsil Nazirlyiindən bildirib ki, bu mərhələdə müraciətçilər www.portal.edu.az platforması üzərindən elektron formada müraciət edə bilərlər. Peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. II mərhələdə ümumilikdə 8500 boş qalmış plan yeri müsabiqəyə çıxarılıb.