Premyer Liqa: “Kəpəz” və “Qəbələ” bu gün səfər oyununa çıxacaqlar
Bu gün Azərbaycan Premyer Liqasının 27-ci turunda daha iki oyun keçiriləcək. İlk olaraq “Zirə” Tofiq Bəhramov adına Respublika stadionunda “Kəpəz”i qəbul edəcək. Matç saat 16-da başlayacaq. Hazırda qəsəbə təmsilçisi 36 xalla 6-cı, gəncəlilər isə 27 xalla 9-cu pillədə qərarlaşıblar. Ardından “Araz-Naxçıvan”la “Qəbələ” üz-üzə gələcəklər. Turun “Turan Tovuz” – “Qarabağ” və “Sumqayıt” – “Sabah” görüşləri martın 17-də keçiriləcək.
Lalə Nəsib