Premyer Liqa: “Sabah” “Kəpəz” üzərində əzmkar qələbə qazanıb
Azərbaycan Premyer Liqasında 23-cü tur çərçivəsində "Sabah"la "Kəpəz" birincilərin meydanında üz-üzə gəlib. Oyun "Sabah"ın 3:2 hesablı qələbəsilə başa çatıb. Günün ikinci görüşündə saat 18.30-da “Səbail”lə “Araz-Naxçıvan” qarşılaşacaq. Turun “Sumqayıt” – “Turan Tovuz” və “Neftçi” – “Zirə” oyunları fevralın 18-də keçiriləcək. “Qəbələ” – “Qarabağ” matçı isə ikincilərin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.
Lalə Nəsib