Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni qəbul edəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçiriləcək. "Turan Tovuz" "Zirə"ni qəbul edəcək. Tovuz şəhər stadionundakı qarşılaşma saat 18-də start götürəcək. Tovuz klubu 16 xalla 8-ci, paytaxt təmsilçisi 29 xalla 2-ci pillədə qərarlaşıb. Tura dekabrın 18-da reallaşacaq "Qarabağ" - "Neftçi" görüşü ilə yekun vurulacaq.
Lalə Nəsib