Premyer Liqada “Kəpəz” vacib qələbə qazanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start verilib. Qəbələdə baş tutan günün yeganə matçında "Kəpəz" və "Qəbələ" komandaları münasibətləri aydınlaşdırıblar. Görüş nominal meydan sahibi olan Gəncə təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1. Bu qələbədən sonra "Kəpəz" 23 xalla 9-cu, "Qəbələ" isə 15 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. Turun digər oyunları fevralın 24-25-də reallaşacaq.
Lalə Nəsib